Basketbol

MBA-da əlbəyaxa dava – VİDEO

MBA-da bu gecə qalmaqallı oyun baş tutub.

Aut.az xəbər verir ki, “Qolden Steyt” – “Minnesota” matçı diqqət mərkəzinə düşüb.

Matçın startından sonra Kley Tompson və Ceyden MakDaniels arasındakı oyun mübarizəsi bir neçə saniyə əzrində mübahisəylə nəticələnib. Nəticədə onlar bir-birilərinə qarşı əl-qol hərəkətləri etməyə başlayıblar.

“Minnesota”lı Rudo Qobert hadisəyə ilk müdaxilə edənlərdən və mübahisənin qarşısını almağa çalışanlardan biri olsa da, şok yaşayıb. Rəqibi Dreymond Qrin ona MMA üslubunda boğucu fənd tətbiq edib. Basketbolçular və hakimlər dərhal hadisəyə müdaxilə ediblər.

Videotəkrara baxdıqdan sonra ədalət təmsilçisləri “Qolden Steyt”dən Qrin və Tompsonu, həmçinin əks tərəfdən MakDanielsi oyundan uzaqlaşdırıb. Draymond 2-ci dərəcəli qeyri-idman folu, digərləri isə ikiqat texniki xətayla cəzalandırılıblar.