İngiltərə

Karyerasındakı ilk avtoqola belə münasibət bildirdi

“Tottenhem”in hücumçusu Son Hın Min Premyer Liqanın 14-cü turunda “Mançester Siti” ilə heç-heçəni (3:3), həm də qolunu və avtoqolunu şərh edib.

“Buna görə də biz futbolu sevirik. Bunu uşaqlara dedim. Əlbəttə, “Mançester Siti” böyük komandadır və dünyanın ən yaxşılarından biridir. Final fitinə qədər inanmağa davam etdik, ona görə də uşaqlarla çox fəxr edirəm.

Bu, futboldur, bəzən belə olur. Komanda üçün bacardığım qədər hər şeyi etməyə çalışdım. Karyeramda ilk avtoqolu “Mançester Siti” ilə oyunda vurmaq yaxşı təcrübə idi.

Uşaqlar final fitinə qədər təslim olmadılar. Brennan Conson əla oynadı və cərimə meydançasına inanılmaz ötürmə etdi. Kuluçevski adətən başı ilə qol vurmur, mən onunla fəxr edirəm.

Düşünürəm ki, bu xal bu mövsüm bizə çox şey verəcək. Bu, komandanın və oyunçuların inamı üçün böyük nailiyyətdir”, – deyə Sky Sports koreyalıdan sitat gətirib.

Aut.az