Azərbaycan futbolu

Azərbaycanlı futbolçu Albaniya klubunda

Azərbaycanlı futbolçu Elməddin Məmmədov yenidən legioner həyatı yaşayacaq.

Aut.az xəbər verir ki, ötən mövsüm “Mingəçevir”də oynayan qapıçı Albaniyada çıxış edəcək.

29 yaşlı qolkiper “Luftetari” klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Məmmədov bunadək “Alqa” (Qırğızıstan), “Sxinvali” (Gürcüstan), “TC Sports Club” (Maldiv adaları), “Muras Yunayted” (Qırğızıstan), “Sent Endryus” (Malta), “Yedinstvo” (Bosniya və Herseqovina) klublarında oynayıb.