Konfrans Liqası

“Sabah” “Partizan”ı keçsə, bu komanda ilə qarşılaşacaq

“Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.

Aut.az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda 3-cü raundda Serbiya “Partizan”ını mübarizədən kənarlaşdıra bilsə, Danimarka “Nordsyelland”ı ilə üz-üzə gələcək.

Skandinaviya klubu cavab görüşündə Rumıniya “Styaua”sını 2 cavabsız qolla üstələyib. İlk matç qolsuz bərəbərliklə başa çatmışdı.

“Partizan” – “Sabah” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bakıdakı oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.