İspaniya

Messi: Benzema “Qızıl top”a layiqdir

7 qat “Qızıl top” qalibi olan Lionel Messi 2022-ci ildə bu mükafatı qazanan fransalı hücumçu Kərim Benzemaya haqqında danışıb.

Aut.az xəbər verir ki, argentinalı superulduz sabiq “Real”lının bu mükafata layiq olduğunu bildirib:

“Kərim keçirdiyi əla mövsümə və bütün karyerasına görə həqiqətən də “Qızıl top”a layiqdir. O, əla oyunçudur. Bu mükafat həm şəxsən onun üçün, həm də futbol üçün önəmlidir”.

2023-cü ilin “Qızıl top”unun qalibi bir həftə sonra, oktyabrın 30-da açıqlanacaq. Messi mükafata əsas namizəd hesab olunur.