İspaniya

“Barsa”da iki seriya bir oyunda qırıldı

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Dortmund “Borussiya”sına səfərdə 1:3 hesabı ilə məğlub olub.

Aut.az xəbər verir ki, bu, Flikin rəhbərlik etdiyi komanda üçün 2025-ci ildə bütün yarışlarda ilk məğlubiyyət olub. Bununla 24 oyunluk seriya başa çatıb. Təqvim ilinin əvvəlindən kataloniyalılar 20 qələbə qazanıb, 4 heç-heçə edib.

“Borussiya”ya məğlubiyyət qapıçı Voyçex Şesnının da uğurlu seriyasını başa çatdırıb. “Barsa”da çıxış etdiyi müddətdə o, ilk dəfə meydanı məğlub kimi tərk edib. 34 yaşlı qolkiperin məğlubiyyətsizlik seriyası 22 oyundur.

Şesnının iştirak etdiyi matçlarda Kataloniya klubu 19 qələbə qazanıb və 3 dəfə rəqibləri ilə heç-heçə edib. 2024-cü ilin oktyabrında komandaya qoşulan polşalı qolkiper 22 matçdan 12-də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Aut.az