İngiltərə

Runi indi də bu komandanı “xoşbəxt” etməyə gedir

Ueyn Runi Çempionşip klubuna rəhbərlik edə bilər.

Aut.az xəbər verir ki, onun xidmətində “Blekbern”in maraqlı olduğu bildirilir.

Valerian İsmael fevral ayında “Blekbern”ə təyinat alıb. Lakin komanda onun rəhbərliyi altında səkkiz oyunda yalnız bir qələbə qazana bilib.

Bu da onu təzyiq altına salıb. Bildirilir ki, rəhbərlik Valeriaanın istefaya göndərilməsini ciddi şəkildə müzakirə edir. Onun yerinə əsas namizəd isə Ueyn Runi hesab olunur.

Runinin son iş yeri ötən ilin sonunda isyefaya göndərildiyi “Plimut” olub. Komanda onun rəhbərliyi altında 23 oyunda cəmi 4 qələbə qazanmışdı.

Aut.az