İtaliya

İki nəhəngə “yox” dedi

“Komo”nun baş məşqçisi Sesk Fabreqas diqqət mərkəzindədir.

Aut.az xəbər verir ki, o, İtaliyanın iki böyük klubunun – “Milan” və “Roma”nın maraq dairəsindədir. Bu barədə “Milan News” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hər iki klub bu yay baş məşqçi postuna təyin etmək üçün Fabreqasa təklif göndərib. Lakin 37 yaşlı mütəxəssis hər iki variantı rədd edib.

Almaniyanın “Leypsiq” klubunun da ispaniyalı məşqçi ilə maraqlandığı bildirilir.

“Komo” rəhbərliyi isə Fabreqası növbəti mövsümdə də postunda saxlamaq və avrokuboklar uğrunda mübarizəyə qoşulmaq istəyir.

Qeyd edək ki, Fabreqas baş məşqçi kimi debüt mövsümünü keçirir. Onun komandası hazırda 43 oyunda 36 xalla İtaliya çempionatının turnir cədvəlində 13-cü yerdədir.