İtaliya

Nə qədər qoca olsa da… – VİDEO

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İtaliya çempionatının 27-ci turunda “Udineze” ilə oyunda qol vurub.

Aut.az xəbər verir ki, 41 yaşlı futbolçu 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək A Seriyası tarixində qol vuran ən yaşlı futbolçu olub.

İsveçli hücumçu bu göstəricidə “Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurtanı qabaqlayıb. Kostakurta 41 yaş 25 günlük, İbrahimoviç 41 yaş 166 günlük olanda fərqlənib.