İngiltərə

Əfsanəvi kapitanı öldü

“Liverpul”un və Şotlandiya yığmasının sabiq müdafiəçisi Ron Yeyts 86 yaşında dünyasını dəyişib.

Aut.az xəbər verir ki, ömrünün son illərində “qırmızılar”ən keçmiş kapitanı Alzheimer xəstəliyindən əziyyət çəkib.

Yeyts 1961-1971-ci illərdə “Liverpul”da çıxış edib. Mersesayd təmsilçisinin heyətində o, 2 dəfə İngiltərə çempionu olub, ölkə kubokunu qazanıb və 3 dəfə İngiltərə Superkubokunun qalibi olub.

Qeyd edək ki, Yeyts “Liverpul”un heyətində ümumilikdə 454 oyun keçirib.