İngiltərə

Salahla bağlı önəmli qərar: İki illik…

Məhəmməd Salah “Liverpul”la müqaviləsini uzatmağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə insayder Santi Auna məlumat yayıb.

Onun “qırmızılar”la iki illik müqavilə imzalamağa çox yaxın olduğu bildirilir. Maaş təfərrüatları hələ açıqlanmayıb, lakin Salah istəyinə uyğun məbləğ alacaq.

Tərəflər tam razılığa gəlməyə yaxındırlar, hazırda bəzi detallar üzərində iş gedir. Auna vurğulayır ki, “Liverpul” müqavilənin bağlanacağına əmindir.

Aut.az