İngiltərə

“Yunayted”in sahibinin Kerriklə bağlı qərarı bəlli oldu

“Mançester Yunayted”in həmtəsisçisi Cim Retkliff baş məşqçi  Maykl Kerrikin postunda qalacağını təsdiqləyib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial mediada məlumat verib.

44 yaşlı Maykl Kerrik 13 yanvar 2026-cı ildən “Mançester Yunayted”in müvəqqəti məşqçisi vəzifəsində çalışır.

Qeyd olunur ki, müqavilənin müddəti ilə bağlı danışıqlar davam edir və bir variant da “2+1”-dir.

“Mançester Yunayted” 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində 36 oyundan 65 xalla üçüncü yerdədir.

Aut.az