Cəmisi 6 ay tab gətirdi: Premyer Liqaya qayıdır?
“Fulhem” klubu Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu Roberto Firminonu transfer etmək üçün müraciət edən Premyer Liqa klubları sırasındadır.
Aut.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Firmino klubda cəmi 6 ay qaldıqdan sonra “Əl Əhli”ni tərk etmək istəyir, “Fulhem” isə yayda Aleksandar Mitroviç “Əl Hilal”a keçdikdən sonra heyətə cəlb etmək üçün təcrübəli hücumçu axtarır.
Xatırladaq ki, Firmino ötən yay “Əl-Əhli”yə keçmişdi. Bu mövsüm hücumçu bütün turnirlərdə 19 matçda iştirak edib və 3 qol vurub, 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, braziliyalının bazar dəyəri 10 milyon avrodur.
Aut.az
