“Napoli” “Liverpul”a 55 milyonluq təklif göndərdi: Cavab gözləyir
“Napoli” klubu “Liverpul”un hücumçusu Darvin Nunesi almaq üçün 54,5 milyon avroluq rəsmi təklif göndərib.
Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Martsio məlumat verib.
Xatırladaq ki, daha əvvəl Nunesin “Napoli” ilə 2030-cu ilə qədər müqavilə imzaladığı bildirilirdi.
Futbolçunun Avropada qalmaq istədiyi üçün Səudiyyə Ərəbistanından gələn bir neçə təklifi rədd etdiyi deyilir.
Ötən mövsüm Premyer Liqada 30 oyun keçirən Darvin Nunes 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Uruqvaylı 2022-ci ildə 75+25 milyon avroya “Liverpul”a keçib.
Aut.az
