İtaliya

Lippi ona hansı məsləhəti verib?

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti milli komandada necə işləməyk istədiyi haqda danışıb.

Aut.az xəbər verir ki, o, keçmiş futbolçuların rolundan danışaraq, xüsusilə Canluka Viallini önə çəkərək, onun italyanlara yol göstərən ruh olacağını qeyd edib.

“Mən xoşbəxtliyi başqalarında tapıram. Xoşbəxtliyi ətrafımdakı insanlarda görməsəm, xoşbəxt ola bilmərəm. “Napoli” və neapollular mənim xoşbəxtliyimdi. Kim millinin formasını geyinirsə, sevinməlidir. Bunun sayəsində daha yaxşı oynaya biləcəklər.

İtaliya formasının mühüm tarixi var. Hər kəs onu geyinə bilməz. Biz kifayət qədər yaxşı olmalıyıq və milli komandaya fayda verməliyik. Milli komandanın forması geyinməyin nə demək olduğunu göstərmiş bir neçə böyük çempionlarımız var.

Buffon, Riva, Mazzola, Barezi, Maldini, Baccio haqqında düşünürəm. Ötən gün Marçello Lippi ilə danışdım, o, mənə vacib məsləhətlər verdi. Bu çempionlar, o cümlədə vəfat edən Canluca Vialli həmişə bizimlə olacaqlar. O, həmişə orada olacaq, o, bizim rəhbər ruhumuzdur”, – “Football Italia” onun sözlərindən sitat gətirib.

Aut.az