Bu sirkdə iştirak etmək istəmir
“Milan”ın baş məşqçisi Paulo Fonseka A seriyasında “Fiorentina”ya məğlubiyyəti şərh edib.
Aut.az xəbər verir ki, qarşılaşma zamanı komandalar üç penaltidən istifadə edə bilməyiblər. “Milan”ın qapıçısı Mayk Maynyan Moise Kinin qol vurmasına mane olub, “Fiorentina”nın qapıçısı David De Xea isə Teo Ernandes və Tammi Abrahamın zərbələrini dəf edib.
“Mən futbolu sevirəm və bu sirkdə iştirak etmək istəmirəm. İndi həm bizim xeyrimizə, həm də rəqibin xeyrinə hər şeyə görə penalti təyin olunur. Ən kiçik toxunuşa görə penalti təyin olunanda bu, futbol deyil. Mən bu işə qarışmaq istəmirəm”, Fonseka DAZN-ə bildirib.
Aut.az
