İtaliya

Bütün zamanların ən yaxşı qapıçısı – Buffonun versiyası

Əfsanəvi Canluici Buffon futbol tarixinin ən yaxşı qapıçısı olduğunu düşünmür.

Aut.az xəbər verir ki, Buffon “Football Tweet” nəşrinə verdiyi açıqlamada öz versiyasını açıqlayıb:

“Bütün zamanların ən yaxşı qapıçısı olduğumu düşünən insanlara təşəkkür edirəm, amma belə deyil. Sadəcə karyeram uzun müddət davam etdiyi üçün belə düşünürlər.

Amma mənim üçün bütün zamanların ən yaxşı qapıçısı İspaniyadadır – İker Kasilyas Avropanın ən böyük klubunda oynayıb və həm klubda, həm də milli komandada hər şeyə nail olub”.

Avqustun 2-də Buffon futboldan getdiyini elan etdi. Canluici “Parma” akademiyasının yetirməsidir.

O, 1995-ci ildən 2001-ci ilə kimi bu klubda oynayıb, sonra PSJ-yə getməzdən əvvəl 17 il keçirdiyi “Yuventus”a keçib.

Aut.az