İtaliya

Öz istəyi ilə istefa verdi

“Ayaks” klubu italiyalı Françesko Fariolinin Amsterdam komandasının baş məşqçisi postundan getdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, Farioli öz istəyi ilə “Ayaks”dan ayrılıb.

Françesko Farioli ötən ilin iyulunda “Ayaks”ın baş məşqçisi vəzifəsinə keçmişdi.

Onun rəhbərliyi altında komanda Niderland çempionatında 2-ci yeri tutub.

Aut.az