İspaniya

Alonso “Real” rəhbərliyindən xahiş etdi: Onu saxlayın

Xabi Alonso gələn mövsüm Luka Modriçi “Real”da görmək istəyir.

Aut.az xəbər verir ki, jurnalist Migel Anxel Toribio “Radio Marca”da deyib ki, “Real Madrid”in gələcək baş məşqçisi rəhbərlikdən 39 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonunda başa çatacaq müqaviləni daha bir il uzatmağı xahiş edib.

Qeyd olunur ki, Alonso xorvatiyalını təcrübəsi və liderlik keyfiyyətlərinə görə komandanın vacib oyunçusu hesab edir.

2024/25 mövsümündə Modriç “Real Madrid”in heyətində La Liqada 34 oyun keçirib , 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Aut.az