İspaniya

“Barsa” onu yayda satacaq, müqaviləni uzatmasa

Frenki de Yonq klubla müqaviləni yeniləməkdən imtina edərsə, “Barselona” yayda onu satmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Helena Kondis “X” sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Xatırladaq ki, “Barselona” daha əvvəl de Yonqa maaş azaldılması ilə 2029-cu ilin yayına qədər yeni müqavilə təklif etmişdi, lakin Frenki sadəcə olaraq bu təklifə məhəl qoymadı. “Tottenhem”in yarımmüdafiəçi üçün 60 milyon avro təklif etdiyi də bildirilir.

De Yonqun hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 23 matçda iştirak edib və bir qol vurub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Aut.az