İspaniya

UEFA-da futbolu sevən xeyirxah insanlar oturmayıb

“Real”ın yarımmüdafiəçisi Toni Kroos Superliqa ideyasını  dəstəklədiyini bildirib.

Aut.az xəbər verir ki, alman yarımmüdafiəçi AS nəşrinə verdiyi müsahibədə UEFA-nı da tənqid edib:

“Düşünürəm ki, biz Superliqanı görəcəyik və bunun bir neçə səbəbi var. İdeya xeyli təkmilləşdirilib və eşidilməyə layiqdir.

Başqa bir məqam odur ki, UEFA-da heç də futbolu sevən xeyirxah insanlar oturmayıb. Superliqa hazırda heç bir komandanı namizədlər siyahısından çıxarmağı planlaşdırmır. Və ümumiyyətlə, daimi təsisçi üzvlər olmayacaq.

Bu, UEFA tərəfindən deyil, klublar tərəfindən idarə olunan idman yarışı, açıq turnir olacaq. Bunun üçün UEFA lazım deyil. Düşünürəm ki, bu ideyaya ən azı bir dəfə şans verilməlidir.