İspaniya

Fati “Barsa” ilə müqaviləni uzadır və bu kluba icarəyə gedir

“Barselona”nın hücumçusu Ansu Fati müqaviləsini 2028-ci ilə qədər uzadacaq, daha sonra isə “Monako”ya almaq opsiyonu ilə icarəyə gedəcək.

Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Müqavilə 11 milyon avroya başa gələ bilər. Fati iyunun 28-də Fransa klubunda tibbi müayinədən keçməlidir.

Ötən mövsüm hücumçu İspaniya çempionatının 6 meydana çıxıb. Daha əvvəl 2023/2024 mövsümündə futbolçu “Brayton”da icarə əsasında çıxış etsə də, İngiltərə komandasında əsas heyətə düşə bilməyib.

Aut.az