İspaniya

“Real” ulduz futbolçusunu 100 milyon avroya sata bilər

“Real”ın 23 yaşlı vingeri Rodriqo Qoes yayda Madrid klubunu tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Todo Fichajes” məlumat yayıb.

Braziliya millisinin oyunçusu ilə İngiltərə Premyer Liqasının üç məşhur klubu – “Mançester Yunayted”, “Liverpul” və “Arsenal” maraqlanır. “Qalaktikos” 100 milyon avro qarşılığında futbolçunu satmağa hazırdır.

Bu mövsüm Rodriqo “Real”ın heyətində bütün turnirlərdə 49 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az