İspaniya

Qalsa, hamısı xoşbəxt olacaq

Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Toni Kroosun gələcəyi haqda danışıb.

Aut.az xəbər verir ki,  AS nəşri 32 yaşlı futbolçunun 2023-cü ilin yayında karyerasını başa vuracağı haqda məlumat yaymışdı. Ançelotti bu xəbərə birmənalı münasibət bildirməyib:

“Kroos ilə müqavilə uzadılır? Bu ondan asılıdır. Qalmağa qərar versə, hamımız xoşbəxt olacağıq”.

Kroos 2014-cü ildən “Real”da çıxış edir. Onun müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Yarımmüdafiəçi bu mövsüm Madrid klubunun heyətində bütün yarışlarda 9 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.

Aut.az