İspaniya

Agenti təsdiqlədi: Qalır, “Qızıl topu” da alacaq

“Barselona”nın yarımmüdafiəçisi Ansu Fati Kataloniya klubunda qalmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə futbolçunun agenti Xorxe Mendeş bildirib.

“Ansu Fati “Barsa”da qalmaq istəyir. O, son iki matçda üç qol vurdu, top oyunçudur… Bir gün o, “Qızıl top”u qazanacaq, mənə inanın. Ruben Nevesin transferi? Sakit olun”, – deyə Mendes insayder Fabritsio Romanoya deyib.

2022/2023 mövsümündə Fati İspaniya çempionatında “Barselona”nın heyətində 36 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daha əvvəl bildirilirdi ki, Kataloniya klubu 20 yaşlı futbolçunu sata bilər, ancaq bir şərtlə ki, onu geri almaq opsiyasına malik olsun.

Aut.az