“Camp Nou” qalmaqalı: cərimə, qeyri-leqal işçilər, 218 qanun pozuntusu
“Camp Nou”nun təmiri zamanı 218 əmək qanunvericiliyi pozuntusu aşkar edilib.
Aut.az xəbər verir ki, bu barədə “El Periódico de Catalunya” məlumat verib.
Bildirilir ki, Türkiyənin “Limak” şirkətinin rəhbərlik etdiyi layihənin podratçıları 2 milyon avroya yaxın cərimələnib.
Yoxlama zamanı 1500-dən çox işçinin əmək intizamının pozulması ilə işlədiyi bəlli olub.
O cümlədən 16 min saat ödənilməmiş əlavə iş saatı aşkar edilib. Fəhlələr istirahət günü olmadan işləyiblər və minimum əməkhaqqından aşağı məvacib alıblar.
Öz hüquqlarını müdafiə etməyə cəhd edənlərin işdən çıxarıldığı müəyyən edilib. Qurbanlar arasında Rumıniya və Fələstindən olanlar çoxluq təşkil edir.
Ümumi cərimənin 1.43 milyon avrosu əmək haqqı və töhfələr üzrə borcların ödənilməsinə, digər 440.000 avrosu isə daha ciddi pozuntulara görə istifadə olunacaq.
“Biz işçilərin hüquqlarını qorumaq üçün bütün şirkətlərlə bərabər şəkildə hərəkət edirik”, – Kataloniyanın əmək naziri Miquel Samper bildirib.
“Barselona” açıqlamasında qanuna tam əməl olunmasını təmin etmək üçün “Limak” ilə işlədiyini, lakin konkret hallarla bağlı şərh verməkdən imtina etdiyini bildirib.
Aut.az
