“Trabzonspor” azarkeşlərindən xilasedicilərin şərəfinə möhtəşəm banner – FOTO
Türkiyənin “Trabzonspor” klubunun azarkeşləri Konfrans Liqasının 1/16 final mərhələsinin “Bazel”lə ilk oyununda maraqlı addım atıblar.
Aut.az xəbər verir ki, fanatlar Türkiyədə baş verən faciəyə həsr olunmuş banner qaldırıblar. Bannerdə dağıntılar altından xilas edilən körpəni əlində tutan xilasedici, axtarış iti və Türkiyə bayrağı təsvir edilib. Azarkeşlər, həmçinin üzərində “Biz birlikdə olacağıq. Yaralarımızı sağaldacağıq” yazılmış pankart da qaldırıblar.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə güclü zəlzələ baş verib. Son məlumatlara görə, ölənlərin sayı 36 mini keçib, 100 mindən çox yaralı var.
