“Real” geri çəkilir? – Bu qədər pul ödəməyə hazır deyil
Bu həftə “Real” təmsilçiləri yenidən “Bavariya”nın sol cinah müdafiəçisi Alfonso Devisin potensial transferini müzakirə etmək üçün onun ətrafı ilə əlaqə saxlayıblar.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Bavariya” hələ də Devisi “Real”a 50 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Öz növbəsində “Real” da bu qədər pul ödəməyə hazır deyil.
2025-ci ildə onun müqaviləsi başa çatacaq.
Xatırladaq ki, ötən mövsüm Devis bütün turnirlərdə 42 matçda iştirak edib və 3 qol vurub, 6 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.
Aut.az
