İspaniya

Ərəblər Moratanı istəyir: O isə…

“Atletiko”nun hücumçusu Alvaro Morata bu yay komandadan ayrılacaq.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İspaniyalı futbolçuya Səudiyyə Ərəbistanından iki təklif var. Onlardan biri daha əvvəl “Real”ın keçmiş kapitanı Naço Fernandezin transferini elan edən “Əl-Qadisiyah”dandır .

Bununla belə, mənbə Moratanın İtaliyaya qayıtmaq istədiyini iddia edir. O, daha əvvəl A Seriyası təmsilçisi “Yuventus”da çıxış edib.

Qeyd edək ki, Moratanın “Atletiko” ilə müqaviləsinə 12-13 milyon avro dəyərində alış variantı daxildir.

Aut.az