İspaniya

Artetaya irad bildirib: Bu, yoldaşlıq oyununa xas deyildi

“Barselona”nın baş məşqçisi Xavi Hernandes ABŞ-da “Arsenal”la keçirilən oyun haqda danışıb. Kataloniya klubu 3:5 hesabı ilə məğlub olub.

Aut.az xəbər verir ki, Xavi “Arsenal”ı yoldaşlıq oyunlarına xas olmayan intensivlikdə qınayıb.

“Oyunun sonunda Mikelə dedim ki, bu, Çempionlar Liqası oyunudur. Onların göstərdiyi intensivlik yoldaşlıq görüşü üçün normal deyildi. Bizim üçün bu, virusdan sonrakı ilk oyun idi, ona görə də çox çətin oldu”, – “Relevo” Xavidən sitat gətirib.

Növbəti yoldaşlıq oyununda “Arsenal” “Monako” ilə (2 avqust), “Barsa” isə “Real”la (30 iyul) qarşılaşacaq.

Aut.az