Potensialını aça bilmədi: “Real” məyusdur, sata bilər
“Real Madrid” yaxşı təklif alacağı təqdirdə, yayda 23 yaşlı yarımmüdafiəçi Eduardo Kamavinqanı satmağı düşünə bilər.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” yazıb.
Madrid klubunun futbolçunun öz potensialını tam şəkildə reallaşdıra bilməməsindən məyus olduğu bildirilir.
Fransız futbolçu 2021-ci ildən bəri “Real Madrid”də oynayır. Bu mövsüm o, La Liqada 22 oyun keçirib və 1 qol vurub.
Aut.az
