İspaniya

Prokuror Ançelottidən əl çəkmir: Bu qədər həbs cəzası tələb etdi

Prokurorluq yenidən Karlo Ançelottiyə 4 ildən artıq həbs cəzası istəyib.

Bundan əvvəl də Madrid prokurorluğu dələduzluq ittihamı ilə “Real”ın baş məşqçisi üçün 4 il 9 ay həbs istəmişdi.

Aut.az xəbər verir ki, italyan mütəxəssisin ümumi vergi borcu 1 milyon 217 min 958 avro təşkil edib. Bundan əlavə, o, 243 593 avro cərimə və 47 298 avro faiz ödəməyə məcbur edilib. Ançelotti 2014-2015-ci illərdə iki cinayətdə ittiham olunur. İttiham aktında deyilir ki, ondan cəmi 3 milyon 186 min 237 avro məbləğində iki cərimə ödəməsi tələb olunur.

Ancelotti  aprelin 2-də məhkəmədə ifadə verib. Aprelin 3-də isə prokuror onun üçün 4 il 9 ay həbs, həmçinin 3 milyon 186 min 237 avro cərimə tələbini təsdiqləyib.

Cavab bəyanatında Ançelottinin vəkili müvəkkilinə bəraət verilməsini istəyib. Müdafiə tərəfinin mövqeyi ondan ibarətdir ki, Karlo  xəzinəni aldatmaq niyyətində olmayıb, “Real”  və müşavirlərinin ona dediklərini edib.

Təqsirləndirici hökm çıxarıldığı halda vəkil israr edir ki, yüngülləşdirici hallar, o cümlədən borcun 2021-ci ilə qədər ödənilməsi nəzərə alınsın. Eyni zamanda, prokuror əmindir ki, yüngülləşdirici hallar tətbiq edilə bilməz.

Aut.az