Vaxtı geri qaytara bilsəydim… – Morata nəyə görə peşmandır?
Futbol üzrə İspaniya yığmasının kapitanı və Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Alvaro Morata ən böyük məyusluğundan danışıb.
Aut.az xəbər verir ki, Moratanın sözlərini “El Larguero” sitat gətirib.
“Əgər vaxtı geri qaytara bilsəydim, “Atletiko”dan heç vaxt ayrılmazdım. Yayda hər şeyi daha çox düşünməliydim, amma indi vəziyyəti dəyişməyin mənası yoxdur. Bütün bu məsələ məni Avro-2024 zamanı narahat edirdi .
“Atletiko” azarkeşlərinə orada keçirdiyim vaxta görə təşəkkür etmək istəyirəm. Həmişə çalışmışam ki, “Atletiko” forması üçün əlimdən gələni edim. Onlara daha çox kömək etmək və titullar qazanmaq istərdim. Hər tərəfdən tənqid olunsam da, “Atletiko”nu müdafiə etməyə çalışıram, mən bu klubun azarkeşiyəm və “qırmızı-ağlar”ın mümkün qədər çox qalib gəlməsini istəyirəm”, – Morata bildirib.
Aut.az
