“Real” “Şaxtyor”dan onu aldı – Cəmi 15 milyona
“Şaxtyor”un müdafiəçisi Vinisius Tobias 2024-cü ilin yayında “Real”a keçəcək.
Aut.az xəbər verir ki, 19 yaşlı braziliyalı futbolçu hazırda icarə əsasında “Kastilya”da çıxış edir.
Mənbənin məlumatına görə, “Real” və “Şaxtyor” təxminən 15 milyon avroya razılığa gəlib.
Futbolçunun “Şaxtyor”la müqaviləsi 2026-cı ilin iyun ayına kimi qüvvədədir. Bu mövsüm Tobias İspaniya üçüncü divizionunda “Kastilya”nın heyətində 13 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.
Aut.az
