“Real”ın birinci vitse-prezidenti öldü
“Real”ın birinci vitse-prezidenti Fernando Fernandes Tapias 86 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, Tapias iş adamı və gəmi sahibi kimi uğur qazanıb. 1993-cü ildən “Real”ın üzvü olub. Tapias Florentino Perezin sədrlik etdiyi bütün idarə heyətlərində çalışıb.
2000-2006-cı illərdə direktorlar şurası sədrinin müavini, 2009-cu ilin iyun ayından isə klubun birinci vitse-prezidenti vəzifəsində çalışıb.
Tapiasın direktorlar şurasında olduğu müddətdə “Real”ın idman klubları ümumilikdə 58 kubok qazanıblar.
