Başı telefona qarışdı, belə yıxıldı – VİDEO
“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike qəribə hadisəylə üzləşib.
Aut.az xəbər verir ki, o, Meksikada Krallar Liqasının təqdimatı zamanı zaldakı boşluğa düşüb. Turnirin prezidenti olan Pike tədbir başa çatdıqdan sonra avtoqraf vermək üçün tamaşaçılara yaxınlaşmaq istəib. Lakin başı telefona qarışıq olduğu üçün səhnənin kənarına yaxınlaşdığını hiss etməyib və yıxılıb.
Mühafizə xidmətinin əməkdaşları dərhal onun yanına gedib. O, hadisə zamanı heç bir xəsarət almayıb. Jerard özünə gəldikdən sonra azarkşelərinə avtoqraf paylayıb. Daha sonra heç bir hadisə baş verməmiş kimi tədbirin keçirildiyi zalı tərk edib.
