Dünya futbolu

And-aman edir ki, günahsızam

Dünyanın ən titullu futbolçusu Dani Alves zorlama ittihamına bir daha cavab verib.

Aut.az xəbər verir ki, onun vəkil vasitəsilə dediyi sözləri “Itatiaia” yayıb.

Həbsdə olan braziliyalı günahsız olduğunu bəyan edib və bunun sübuta yetiriləcəyini qeyd edib:

“Nə baş verdiyini yalnız iki nəfər bilir. Mən həqiqəti deyirəm. Bu, qarşılıqlı razılıq əsasında olan bir münasibət idi. Kimisə cinsi əlaqəyə məcbur etmək heç ağlıma da gəlməz”.