İspaniya

Xavinin yaxınları sızdırdı: Bu liqada işləmək istəyir

“Barselona”nın keçmiş baş məşqçisi Xavi yaxın gələcəkdə İngiltərə Premyer Liqa klublarından birinə rəhbərlik etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” ispan mütəxəssisə yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Xavi İngiltərə çempionatının maraqlı layihə tapa biləcəyi bir liqa olduğuna inanır. Bununla belə, Xavinin növbəti il ​​ərzində məşqçiliyə qayıtmağı planlaşdırmadığı vurğulanır.

Xatırladaq ki, mayın 24-də ispaniyalı mütəxəssis “Barselona”nın baş məşqçisi postundan qovulub.

Aut.az