İspaniya

Sevgilisi ilə istirahəti “Barsa”dan üstün tutdu – FOTO

Ötən həftə “Barselona” La Liqada qələbəsini qeyd edərkən Jerar Pike mərasimə qatılmayıb. Hətta o, şəhərdəki çempionluq paradında görünməməklə yanaşı, komandanı və azarkeşləri təbrik etməyib.

Aut.az xəbər verir ki, bir həftədən sonra veteran futbolçunun həmin vaxt harada olduğu məlum olub. O, yeni sevgilisi Klara Çia Marti ilə istirahət edirmiş Bu, Pikenin “Instagram”dakı paylaşımından sonra məlum olub. “Barsa”nın sabiq kapitanı Şakiradan ayrıldıqdan sonra ikinci dəfədir ki, sevgilisi ilə şəklini paylaşır.

Qeyd edək ki, “Barsa”nın baş məşqçisi Xavi və prezident Xuan Laporta Jerar Pikeyə çempionluqla bağlı mərasimlərdə iştirak etməyi təklif edib. Ancaq o, rədd cavabı verib.

 

Sevgilisi ilə istirahəti "Barsa"dan üstün tutdu - FOTO