Dünya futbolu

İspaniyadakı rəzalətdən yazdı: Oyun dayandırılmalı və…

FİFA prezidenti Canni İnfantino İspaniya La Liqasında 35-ci turun “Valensiya” – “Real” oyununda (1:0) yaşanan irqçilik qalmaqalına münasibət bildirib.

Aut.az xəbər verir ki, funksioner madridlilərin hücumçusu Vinisius Junioru dəstəklədiyini açıqlayıb və belə hallarla bağlı proseduru dərc edib.

“Mən Vinisiusu tam dəstəkləyirəm. Futbolda və ya cəmiyyətdə irqçiliyə yer yoxdur. FİFA oxşar vəziyyətlə üzləşən bütün oyunçuları dəstəkləyir.

FİFA-nın bayrağı altında keçirilən yarışlarda bu kimi vəziyyətlərə adekvat cavab vermək üçün üç mərhələli proses var. Əvvəlcə hakim elan edərək oyunu dayandırmalıdır. İkincisi, futbolçular meydanı tərk edir və diktor təhqirlərin davam edəcəyi təqdirdə matçın dayandırılacağını bildirir.

Matç yenidən başlayır və irqçi təhqirlər davam edərsə, matç dayandırılır və rəqib üç xal alır. Bunlar bütün ölkələrdə və bütün liqalarda riayət edilməli olan qaydalardır. Aydındır ki, demək, etməkdən daha asandır, lakin biz təhsil, düşüncə vasitəsilə nizam-intizamı qorumalıyıq”, – İnfantino sosial media səhifəsində yazıb.

Aut.az