Futbol tarixinin ən yaxşı 15 baş məşqçisi açıqlandı
“GiveMeSport” tarixin 15 ən yaxşı futbol məşqçisinin reytinqini dərc edib.
Aut.az xəbər verir ki, “Mançester Yunayted”dəki fəaliyyəti ilə azarkeşlərin yaddaşında qalan əfsanəvi şotlandiyalı ser Aleks Ferqyuson tarixin ən yaxşı məşqçisi kimi tanınıb . O, 27 il “qırmızı şeytanlar”a rəhbərlik edib və onlarla 2 Çempionlar Liqası və 13 Premyer Liqa çempionu olub.
İkinci yerdə niderlandlı Rinus Mişelsdir. Ötən əsrdə o, “Ayaks”, “Barselona” və Niderland millisidə işləməyi bacarıb. Amsterdam komandasının başında mütəxəssis 1970/71 Çempionlar Liqasının, Niderland millisi ilə Avro-1988-in qalibi olub.
“İlk üçlüy”ü “Mançester Siti”nin hazırkı baş məşqçisi Xosep Qvardiola qapayır. O, “şəhərlilər”lə yanaşı, “Barselona” və “Bavariya”nı çalışdırıb. İspaniyalı mütəxəssis ümumilikdə 39 kubok qazanıb.
Aut.az

