İngiltərəİspaniya

“Liverpul” göz dikmişdi: “Barsa” mən də varam” dedi

“Barselona” “Ayaks”ın 21 yaşlı sağ cinah müdafiəçisi Deyvin Renşlə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Barsa”nın baş məşqçisi Hans-Diter Flik komandada bu mövqedə kifayət qədər futbolçunun olmadığını düşünür.

Eyni zamanda, “Barselona” Jül Kundenin sağ cinah müdafiəçisi kimi oyununa etibar etmir.

Niderland nəhəngi ilə müqaviləsi gələn yay başa çatacaq Renşin imzalanması ilə bağlı hələlik yekun qərarın verilmədiyi vurğulanır. “Liverpul” və “Tottenhem” də müdafiəçini izləyir. “Ayaks”da ona sərfəli müqavilə təklif edib, saxlamaq istəyir.

 Aut.az