Rəsmi şəxsləri xəbərdar etdi, polis araşdırmalara başladı
Britaniya polisi İngiltərə çempionatı çərçivəsində “Şeffild Yunayted”lə səfərdə baş tutan matçda “Luton Taun” futbolçusu Karlton Morrisə qarşı irqçi təhqirlərlə bağlı insidenti araşdırır.
Aut.az xəbər verir ki, ingilis hücumçu yerli azarkeşlər tərəfindən xoşagəlməz hadisəylə üzləşib. Hakim Sem Ellison hər iki məşqçi ilə insidentlə bağlı danışarkən matç qısa müddətə dayandırılıb.
“Karlton Morris ə “Breymill Leyn”də Premyer Liqa matçı zamanı tribunadan irqçi sözlər ünvanlandı. Karlton protokollara uyğun olaraq matç rəsmilərini hadisəylə bağlı xəbərdar etdi. Məsələ həm “Şeffild Yunayted”, həm də Cənubi Yorkşir polisi tərəfindən dərhal nəzarətə götürüldü. Hazırda araşdırma aparılır” – deyə, bəyanatda qeyd olunub.
Qeyd edək ki, “Şeffild Yunayted” – “Luton Taun” matçında qonaqlar 3:2 hesabı ilə qalib gəlib.
