Çarəsizdir: Onunla döyüşmək istəyən yoxdur
Qarışıq döyüş növləri (MMA) üzrə UFC çəki dərəcəsində mübarizə aparan rusiyalı döyüşçü Umar Nurməhəmmədov sosial şəbəkələrdə rəqiblərinin azlığından şikayət edib.
“Məndən nə etməyim gözlənilir? Heç kim döyüşmək istəmirsə, nə edə bilərəm?”, – Nurməhəmmədov sosial şəbəkədə yazıb.
Xatırladaq ki, avqustun 5-də Umar Nurməhəmmədov divizionda dördüncü nömrə Kori Sandhagenlə döyüşməli idi, lakin rusiyalı döyüşçü çiynindən aldığı zədə səbəbindən döyüşdən çəkilmək məcburiyyətində qalmışdı. Onu Rob Font əvəzləyib.
Ümumilikdə, Umarın qarışıq döyüş növləri üzrə 16 döyüşü olub və onların hamısında qalib gəlib.
Aut.az
