Bir məktəbin 3 şagirdi beynəlxalq yarışın qalibi oldu – FOTOLAR
8-11 mart tarixində Türkiyənin Van şəhərində Dünya BUDO Döyüş Sənəti Federasiyası tərəfindən açıq qitələrarası BUDO döyüş sənəti çempionatı keçirilib.
Aut.az Medianews.az-a istinadla xəbər verir ki, müxtəlif ölkələrdən yarışçıların iştirak etdiyi çempionatda Azərbaycanı Abşeron rayonu Mehdiabad qəsəbəsinin 1 saylı tam orta məktəbinin şagirdləri layiqincə təmsil ediblər. Öz çəkilərində rəqibləri üzərində inamlı qələbə qazanan Mahir Şahin oğlu Sadıqov, Əli Sərvin oğlu Əhmədli və Həbib Mənsum oğlu Qafarlı ayrı-ayrılıqda 1-cı yeri tutaraq qızıl medala və çempionluq diplomuna layiq görülüblər.
Qeyd edək ki, Mahir Sadıqov, Əli Əhmədli, Həbib Qafarlı Mehdiabad qəsəbə 1 saylı tam orta məktəbin 5A, 7A və 11Ç sinif şagirdləridirlər.










