Tanınmış idmançı sərhədçi oldu
Tanınmış isveçrəli biatlonçu Sebastian Ştalder 27 yaşında sərhədçi olub.
Aut.az “Ski-nordique.net”ə istinadən xəbər verir ki, o, hazırda Sərhəd Mühafizəsinin üzvüdür və hər il müxtəlif təlim kurslarında iştirak edir.
Biatlonçu xidmətə başlamasının səbəbini karyerası bitdikdən sonra nə ilə məşğul olacağını bilmək istəməsi ilə izah edir:
“Gələcəyinizi əvvəldən düşünmək vacibdir. Karyeranızın zirvəsində olmalısınız ki, yaxşı gəlir əldə edib maliyyə sabitliyinə sahib olasınız. Bu motivasiya yaradır, amma həm də gələcəyi planlamağı tələb edir. Başqa kömək olmadan təmin edə bildiyim zaman özümü azad hiss edirəm.
Buna görə də idman karyeram boyunca mümkün qədər çox təhlükəsizlik və imkanlar yaratmağa çalışıram ki, karyeram bitdikdə narahat olmayım”, – deyə Ştalder bildirir.
Qeyd edək ki, o, 2020-ci ildə Yeniyetmələrin Dünya Çempionatında bürünc medal qazanıb. Pekin Olimpiadasında İsveçrəni təmsil edib, fərdi sprintdə 27-ci, qarışıq estafetdə isə komandası ilə səkkizinci olub.
Aut.az
