Süleymanova DÇ-yə vəsiqə qazandı
Azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova dünya çempionatına vəsiqə qazanıb.
Aut.az xəbər verir ki, o, yanvarın 7-dən 12-dək Bolqarıstanda keçirilən “Sofia Trophy” yarışında uğurla çıxış edib.
Təmsilçimiz qısa və sərbəst proqram üzrə 23 idmançı arasında 172,80 xalla beşinci yerə çıxıb və dünya çempionatında iştirak etmək hüququ qazanıb.
