Məşhur polyak karyerasını bitirir
“UAE Emirates” komandasının tanınmış polşalı velosipedçisi Rafal Mayka cari mövsümün sonunda karyerasını başa vuracaq.
Aut.az xəbər verir ki, bu barədə “CyclingUpToDate” məlumat yayıb.
35 yaşlı veteran qərarını avqustun 4-dən 10-dək baş tutacaq Dünya Turu Polşa Turunun ev mərhələsi yarışının başlaması ərəfəsində açıqlayıb.
Rafal 2016-cı il Olimpiadasının şosse yarışında bürünc mükafatçıdır. O, karyerası ərzində “Tour de France”ın 3 mərhələsində və 2 Vueltada qalib olub. 2014 və 2016-cı illərdə “Tour de France”ın “Dağların Kralı” formasını qazanıb.
Aut.az
