Bu oğlanları əzəcəyəm – Onlarla döyüşmək istəyir
Martın 10-da Floridada (ABŞ) keçirilən UFC 299 turnirində çinli Sonq Yadonq üzərində qələbə qazanan keçmiş UFC çempionu (61 kq-a qədər) rusiyalı Peter Yan amerikalı Şon O’Malli və ekvadorlu Marlon Vero ilə döyüşmək istədiyini açıqlayıb.
“Çito, növbəti sənsən. Sonra Sean. Mən bu oğlanları əzəcəyəm”, – Yan döyüşdən sonra paltardəyişmə otağında deyib.
Yan üçün UFC 299-dakı qələbə 2021-ci ilin oktyabrından bəri ilk olub. UFC 267-də o, beş raunddan sonra yekdil qərarla amerikalı Kori Sandhageni məğlub edib. Bundan əvvəl o, ardıcıl olaraq Aljameyn Sterlinq, Şon O’Malley və Merab Dvalişviliyə uduzub.
Aut.az
