Digər

Həbib də bu oyunu arenadan izlədi – FOTO

UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov La Liqanın 11-ci turu çərçivəsində keçirilən “Barselona” – “Real” oyununu arenadan izləyib.

Hazırda “Kamp Nou”da yenidənqurma işləri gedir və oyun “Lewis Companys Arenada” baş tutub. Həbib Madrid klubunun çılğın azarkeşidir.

Onun sevimli komandasının Cude Bellinqemin dublu sayəsində “El Klasiko”da 2-1 hesabı ilə qalib gəlib.

Bundan əvvəl Nurməhəmmədov İsraillə münaqişədə Fələstinə dəstək verən futbolçunu diskvalifikasiya etdiyi üçün Fransa Liqa 1-i ələ salmışdı.

Həbib də bu oyunu arenadan izlədi – FOTO

Aut.az